Axtarış...

“Mxitaryan Bakıya getməkdən qorxdusa getsin özünə pampers alsın...” - Rusiya yığmasının keçmiş futbolçusu

“Mxitaryan Bakıya getməkdən qorxdusa getsin özünə pampers alsın...” - Rusiya yığmasının keçmiş futbolçusu
Rusiyanın futbol üzrə yığma komandasının keçmiş futbolçusu, habelə “Mançester Yunayted”, “Everton” kimi ingilis klublarında oynamış Andrey Kançelskis Bakıda bu gün baş tutacaq UEFA Avropa Liqası finalı və “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryanın təhlükəsizlik qarantiyası alsa da bu oyunda iştirak etməmək qərarı haqda danışıb.

“Mən əminəm ki, yaxşı futbol olacaq. Əgər komandaların şansı haqda danışsaq hazırda mənə elə gəlir ki, “Çelsi” uda bilər. Çünki onların tərkibi bütün xətlər üzrə balanslaşdırılıb. Lakin final finaldır. Hesab edirəm ki, məsələ cərimə zərbələrinə gedib çıxmayacaq, oyun əsas vaxtda başa çatacaq”-Kançelskisin bu sözlərini “Rusfootball” sitat gətirir.

Rusiyalı ulduz futbolçu deyib ki, o Mixtaryanın Bakıya getməmək qərarını başa düşmür. “Sən kimdən qorxursan? Hansı siyasi münasibətdən? Sən futbol oynayırsan-get oyna. Bu nə sərsəmlikdir! Sadəcə olaraq gülüncdür. Hansısa klounadadır! Sənə orada nə edəcəkdilər? Azərbaycanla Ermənistan arasında münasibətlər necə olsa da heç kim orada sənə barmağını toxundurmayacaq! Ola bilsin fitə bassınlar, nəsə qışqırsınlar...Maradonanı da İngilis yığması ilə oyunda topu qapıya əli ilə vurduğu üçün fitə basmışdılar. Axı Maradona hələ sağdır! Əgər Mixtaryan belə qorxursa qoy özünə pampers alsın. Əgər adam istəsə ondan asılı nə varsa edəcək, yox, qorxursa o zaman etiraf etməlidir ki, qorxaqdır. Mən onların yerində olsam Mxitaryanı peşə fəaliyyətindən imtina etdiyi üçün cərimələyərdim. Əgər Avropa Liqasını uduzsalar günah Mxitaryanda olacaq. Çünki getmədi və komandaya kömək etmədi”-rusiyalı keçmiş futbolçu bildirib.
Virtualaz.org
Text-to-Speech

DİNLƏ






Şərh yaz