Axtarış...

“Qalatasaray” 18 yaşlı futbolçunu 11 milyona satdı

“Qalatasaray” 18 yaşlı futbolçunu 11 milyona satdı

Almaniyanın “Ştutqart” klubu “Qalatasaray”ın müdafiəçisi Ozan Kabakı transfer edib.

“Qafqazinfo” xəbər verir ki, 18 yaşlı futbolçunun transferi Bundesliqa təmsilçisinə 12 milyon avroya başa gəlib. Transfer tezliklə rəsmi şəkildə açıqlanacaq. Ozan “Ştutqart” tarixinin ən bahalı transferi olacaq.

Qeyd edək ki, gənc futbolçu “Qalatasaray”ın yetirməsidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz