Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri keçirilib.
“Ölkə.Az” xəbər verir ki, Türkiyə təmsilçilərindən “Fənərbağça” Rusiyada “Zenit”in qonağı olub. Qollu keçən oyun rusiyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
21:55. “Zenit” (Rusiya) – “Fənərbağça” (Türkiyə) - 3:1
Qollar: Məhəmməd Ozdoyev, 4. Sərdar Azmun, 37; 76 - Mehmet Topal, 43
İlk oyun - 0:1
Qeyd edək ki, bu nəticədən sonra İstanbul təmsilçisi Avroliqada mübarizəni dayandırıb.