Axtarış...

Rusiya hakimiyyəti “Sputnik”in faşist nökəri Njdeni təbliğ etdiyini bilmir? - Kremlin təbliğat ruporu Kremlə qarşı

Rusiya hakimiyyəti “Sputnik”in faşist nökəri Njdeni təbliğ etdiyini bilmir? - Kremlin təbliğat ruporu Kremlə qarşı

Azərbaycan mətbuatı dəfələrlə Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Ermənistan nümayəndəliyinin – “Sputnik Ermənistan” saytının, Moskvanın Bakı və Ankara ilə ənənəvi münasibətlərinə zidd olan, Azərbaycan və Türkiyəyə qarşı informasiya müharibəsində iştirak etdiyini dəfələrlə qeyd edib.

Bu vəziyyətə baxmayaraq, “Sputnik Ermənistan” artan xətlə təxribat xarakterli materialları dərc etməyə davam edir. Ən sonunculardan biri, Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın “Sputnik Ermənistan”a verdiyi müsahibədir. Digər nəsnələrlə yanaşı, bu müsahibədə diqqət çəkən bir nüans var.

Köçəryan, “Sputnik”-in Moskva ofisinin əməkdaşı, rusiyalı jurnalist və radioaparıcı, 20-ci əsrdə Rusiya tarixinə dair publisistik kitabların müəllifi və üstəlik, 2013-cü ildən bəri, Rusiya Hərbi Tarixi Cəmiyyətinin Mərkəzi Şurasının üzvü olan Armen Qasparyana müsahibə verib. Söhbət əsnasında rusiyalı jurnalist alman faşistlərinin sadiq köpəyi Qaregin Njdenin ifadəsini sitat gətirib. O, “Ermənistandakı çox hörmət edilən siyasətçi Njde bir vaxtlar lazım olan məqamda erməni xalqı əsl milli qəhrəmanlarını öz sıralarından irəli sürəcəyini söylədiyini” xatırladıb.

Bu baxımdan, Sovet kəşfiyyatının tarixinə dair çoxsaylı kitabların müəllifi olan bir rusiyalı jurnalistinin Njdedən sitat gətirməyin nə qədər məqsədəuyğun olduğu barədə məntiqi bir sual ortaya çıxır. Qasparyan, ehtimal ki, Qaregin Njde ilə əlaqədar Rusiya xüsusi xidmət orqanlarının rəsmi nöqteyi-nəzərindən xəbərdardır.

SSRİ Müdafiə Nazirliyinin arxiv məlumatlarına görə, Njde yalnız kəşfiyyat və agent işi üçün agent cəlb etməklə deyil, həm də “Qırmızı Ordu”nun arxa cəbhəsində və SSRİ ərazisində aktiv təxribat və terror aktları törətmək üçün təxribatçılar yetişdirən biri idi. Njdedən sitat gətirən Qasparyan, əslində, alman faşistlərinin qəhramanlaşdırılmasına dəstək verir.

Rusiyada Njdenin nasistlər üçün SSRİ-də və Sovet ordusunun arxasında aktiv təxribat və terror aktları üçün agent toplayan kimi çalışdığını və erməni millətçiliyinin ən böyük ideoloqu olduğunu yaxşı bilirlər. Onun fəaliyyəti sənədləşdirilib və çox əvvəl müvafiq bir qiymətini də alıb. Təəssüf ki, bu vəziyyət Ermənistan rəhbərliyinin İrəvanın mərkəzində şərəfinə bir abidə ucaldılan nasist qulluqçusunun fəaliyyətini təbliğ etməsinə mane olmur.

Ən hiddətlisi odur ki, Rusiya vətəndaşı və Sovet kəşfiyyatının tarixinə dair çoxsaylı kitabların müəllifi, alman faşistlərinin nökərinə istinad edərək, Böyük Vətən müharibəsində həlak olan milyonlarla Sovet vətəndaşının xatirəsinə hörmətsizlik edir və vətəndaşı olduğu dövlətin rəsmi mövqeyinə qarşı çıxır.

Bundan əlavə, Qasparyan, Rusiyada hərbi cinayətkar sayılan Njdeni hörmətli bir siyasətçi olaraq təqdim etməklə, erməni təbliğatının dəyirmanına su tökür. Və nasiszmə dəstək Kremlin təbliğatının ruporlarından biri sayılan “Sputnik” vasitəsi ilə edilir...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz