Axtarış...

Köçəryan Moskvaya niyə gedib? - “Putinə yalvaracaq ki...”

Köçəryan Moskvaya niyə gedib? - “Putinə yalvaracaq ki...”

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Moskvaya səfər edəcəyi bildirilir.

Xəbər verildiyi kimi, Köçəryan Moskvada 2009-cu ildən müstəqil direktor vəzifəsini tutduğu "Sistem" Səhmdar Maliyyə Korporasiyasının iclasında iştirak edəcək.

Xatırladaq ki, Ermənistanda məhkəmə sabiq prezident Robert Köçəryanın ölkədən çıxışına icazə verən qərar qəbul edib.

İttiham tərəfi olan Baş Prokurorluğa bununla bağlı qərar artıq təqdim olunub. Ancaq Köçəryanın hansı səbəbdən ölkəni tərk edəcəyi bildirilməyib. Qərara əsasən, Köçəryan fevralın 3-dən 8-dək ölkədən çıxa biləcək. Ancaq bəzi mənbələr bunun sadəcə görüntü olduğunu deyir. Köçəryanın səfərinin siyasi məqsəd daşıdığı bildirilir.

Maraqlıdır, Köçəryanın Moskva səfərində hansı məsələlər müzakirə olunacaq?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Köçəryanın Moskvaya səfərinin məqsədi Paşinyan hakimiyyətini devirmək və bölgəni yenidən qarışdırmaqdır:

“Köçəryan Moskaya gedir ki, Putinə yalvarıb- yaxarsın, Paşinyanı hakimiyyətdən uzaqlaşdırsın və onun hakimiyyətə gəlişini təmin etsin. O, eyni zamanda, Rusiyadakı erməni diasporundan pul dilənməyə çalışacaq. Bütövlükdə Rusiyadakı müəyyən siyasi dairələri fəallaşdırıb, Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağa çalışacaq. Əgər imkanı olsa, Putinin adamları ilə də görüşəcək. Çünki Putinin özü ilə görüşə biləcəyini zənn etmirəm. Köçəryan hazırda Ermənistan müxalifətində Rusiyanın etibar etdiyi və ona ən yaxın olan adamdır. Köçəryan çalışacaq ki, ölkəni yenidən qarışdırsın. Hesab edirəm ki, Rusiya bölgədə sabitliyə çalışırsa və 10 noyabr sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini istəyirsə, Köçəryanın görüşünü rədd etməlidir”.

Ekspert hesab edir ki, hələlik bölgədə sabitliyin olması və indiki status-kvonu qoruyub saxlamaq Putinin maraqlarına cavab verir:

“Əks təqdirdə Rusiyanın bölgədəki maraqları ciddi təhlükə ilə üzləşə bilər. Köçəryan hazırda sıradan bir Ermənistan vətəndaşıdır. Lakin bölgədə münasibətləri gərginləşdirməyə çalışır və bu da Rusiya ilə Türkiyənin münasibətlərinə təsir edə bilər. Bu isə Cənubi Qafqazda Rusiyanın mövqeyinə ciddi zərbə endirilməsinə gətirib çıxara bilər. Hər halda Rusiya strateqləri bu fitnəkarı yaxına buraxmamalıdırlar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz