Rusiya hakimiyyəti Ermənistanın Məhkəmə aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəisi Miqran Poqosyana müvəqqəti sığınacaq verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ədliyyə general-mayoru olan Poqosyan Rusiyada müvəqqəti yaşayış icazəsi alıb.
O, Ermənistan hakimiyyəti tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilirdi. Yerevan onun ekstradisiyası üçün Moskvaya rəsmi müraciət etmişdi.