Axtarış...

Qəbələ DSMF vətəndaşı təqaüdsüz qoyub - GİLEY

Qəbələ DSMF vətəndaşı təqaüdsüz qoyub - GİLEY
Qəbələ rayonu, Vəndam qəsəbə sakini Fərhadov Ağsəf Bayram oğlu “ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondunun və Qəbələ rayon şöbəsi rəhbərliyi tərəfindən vaxtında pensiyaya çıxmağına süni əngəl törətməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsi” barədə dövlət qurumlarına rəsmi müraciət edib.
"Demokratik.Az"-a daxil olan həmin müraciətin mətnini müəllifin xahişilə olduğu kimi ictimailəşdiririk:
"Mən 13 sentyabr 1947-ci ildə Qəbələ rayonun Vəndam kəndində andan olmuşam. 2009-cu ildə o vxtkı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin icazə verdiyi kimi mən 62 yaşımın tamam olmasından sonra yaşa görə pensiyaya çıxmaq üçün ƏƏSSMN Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə 13 noyabr 2009-cu il tarixində sənədlərlə birlikdə ərizə vermişdim. O vaxt məndən ən azı 5 il sosial sığorta stajı tələb olunurdu. Ona görə də mən 1973-1995-ci illərə qədər fasilələrlə işlədiyim İ. Qaayıbov adına kolxozda olan stajımın hesablanaraq nəzrə alınmasını, ( təqdim etdiyim Kolxoz arxivindən verilən arayışa və sonradan əldə etditim Qəbələ rayon Dövlət Arxivinin 13.03.2017-ci il tarixli) arayışını, 1966-1968 ci illərdə hərbi xidmətdə olduğum haqqında sənədi təqdim etdim ki, bu da üst-üstə 5 ildən artıq staj edirdi. Lakin Qəbələ SOVEZi bəhanə ilə pensiyaya çıxmağıma razılıq verməmişdir ki, sənin kolxozda cəmi stajın 2. il 27 gün olmuşdur ki, 1 ilin çatmırBitmir. Yəni 5 illik staj tələb olunur. Bundan sonra mən 1975-1981-ci il tarixlərində Qəbələ Məişət ASC-də sürücü vəzifəsində işləməyim əmək kitabçsında aparılmış qeydlər ƏMXK-nın əmr kitablarında baxış keçirilərkən işə daxil olma barədə qeydlər təsdiqini tapsa da indi bəhanə gətirdilər ki, işdən azad edilmə barədə qeyd yoxlama nəticəsində təsdiqini tapmır. Bu səbəbdən yenə pensiya işi aparılması mümkün olmamışdır. Halbuki, əvəzedici aldığım əmək kitabçasında 01.04.1975-ci il tarixli, 44 N-li əmrlə motoroller sürücüsü vəzifəsinə təyin edildiyim və 09 sentyabr 1981-ci il tarixli, 257 N-li əmrlə başqa işə keşməmlə əlaqədar işdən azad olunmağım direktorun möhürü ilə təsdiq olunmuşdur. Axı mənim bir fiziki şəxs olaraq günahım deyil ki, hansısa idarənin əmr kitabında işə daxil olma qeyd edilsə də işdən çıxma tarixim göstərilməmişdir. Ona görə də bu sənədi də yerli DSMF idarəsi qəsdən nəzərə almamışdır ki, mənim pensiyaya çıxmağım 2009-cu ildən hesablansın.
Lakin sonradan ekspertlərin apardığı hesablamalardan müəyyən olmuşdur ki,mənim kolxozda işlərkən 1973-1981-ci illərdə cəmi 432 adam günü m olmuşdur ki, o vaxtın qanunvericiliyinə görə illik adam günü norması 190 adam günü olduğundan 2 il 02 ay 07 gün sığrta stajı, 1985-1995-ci illərdə isə 225 adam günü norması işlədiyimdən həmin illər üzrə adam günü norması 210 adam günü olduğundan 1 il 7 gün sığorta stajım mövcud olmuşdur. Yəni mənim ümumilikdə 03 il, 02 ay 14 gün sığorta stajım olmuşdur. Əlavə olaraq 2 illik hərbi xidmətim də nəzərə alınsaydı mənim cəmi 5 il 02 ay 14 gün sığorta stajım olduğu halda DSMF-nin Qəbələ Şöbəsi pul vermədiyimə görə 62 yaşımda pensiyaya çıxmağa qəsdən imkan verməmişlər. Sonradan təqdim etdiyim əmək kitabçasında yazılan 5 il 5 aylıq sığrota stajımı da bəhanə ediblər ki, bunu da nəzrə ala bilmərik Ona görə ki, işə daxil olma barədə əmri var, amma çıxma barədə əmri tapa bilmirik. Bu bahənə də təbii ki, mənim kimi sadə vətəndaşın günahı ucbatından baş verməmişdir. Mənim ümumilikdə 10 il 7 ay 14 gün sığrta stajım olduğu halda DSMF –nin yerli şöbəsi hər dəfə bir əsassız bəhanə gətirdi ki, bəs, qanunvericiliyə görə 2010-cu ildən kişilərin pensiyaya çıxma yaşı 63-dən, sığorta stajı isə 10 ildən hesablanmalıdır.
Axı bu bəhanənin mənə heç bir aidiyyatı olmamalıdır. Çünki mənim 62 yaşım 2009-cu ilin sentyabrın 9-da tamam olmuşdur və dərhal həmin vaxt da mən ərizə və sənədlərimi yaşa görə pensiyaya çıxmaq üçün təqdim etmişdim. Qarşıma qoyulan süni manelər, bürokratik əngəlliklər, qəsdən get-gələ salınmağım nəticəsində sonradan deyirlər ki, yox, indi 10 il staj tələb olunurmuş və s. bəhanələr.
Cənab Prezident! Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq malik olduğum sosial stajın müəyyən edildikdən sonra nəyə görə 2009-cu il qanunvericiliyinə əsasən pensiyaya çıxmağıma öz qulluq mənafeyindən süi-istifadə edərək süni maneçilik törədən, vəzifə saxtakarlığı edən Dövlət Sosial Müdafiə Fondunun və Qəbələ rayon Şöbəsinin vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi və mənim 62 yaşdan pensiyaya çıxmağım hesablanmqla bu illər ərzində mənə vurulan maddi zərərin ödənilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".
Müraciətdə qeyd olunanlarla bağlı qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz puça çıxdı. Onların da mövqeyini dinləyib dərc edə bilərik.
Text-to-Speech

DİNLƏ






Şərh yaz