Axtarış...

Daha bir vətəndaş DSMF-dən şikayətçidir - Müraciət...


Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsi, ev 68,mən.24 ünvanda yaşayan Səfərov Abzər Miayıl oğlu ölkə rəhbrliyinə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, 1962-cı ilin iyulun 16-da anadan olmuşam. Hazırda 58 yaşım tamam olmuşdur.

Mən 21 may 1990-cı ildən ( 17 may 1990-cı il tarixli əmrlə işə qəbul olunmuşam.)bu günədək Heydər Əliyev adına neft Emalı zavodunda işləyirəm. Burada indiyədək 4 N-li istehsalatın 13 N-li sexində və nüft məhsullarının qəbulu, saxlanması və gönndərilməsi üzrə 10 N-li sexing, sahənin yükləmə estekadasında. Neft məhsullarının yükləmə estekadasında hazır məhsulun doldurub –boşaldılması üzrə fəhlə süzücü-tğkücü (doldurucu) vvə hal-hazırda texnoloji qurğuların təmiri üzrə çlingər vəzifəsində işləyirəm. Xatırldım ki, işlədiyim bu peşələr “Əmək Pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin SİYAHISI”nın 10.5 –ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə mənə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Lakin çox təəssüflər olsun ki, işlədiyim Neft Emalı Zavodunun direktoru cənab Bəxtiyar Əliyevin bu barədə imzaladığı və AR Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə 24 yanvar 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli rəsmi Arayışlarına baxmayaraq DSMF –nin rəis müavini Mail Məmmədovun imzaladığı 18 fevral 2020-ci il tarixli və son dəfə isə ƏƏMSN-nin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial dirktoru Şahin Əliyevin 09 sentyabr 2020-ci il tarixdə imzaladığı rəsmi məktubda qeyd edir:

“ Mərkəzi Filala təqdim edilən 20 iyun 1983-cü il tarixli İT –I 0467346 nömrəli əmək kitabçasında qeyd edilən 21.05.1990-02.03.1998- ci il və 10.06.2003-24.12 2013-cü il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına Bakı Neft Emalı zavodu” da işlədiyiniz süzücü-tökücü peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondesatının emalı( dəniz nefçilərindən başqa) kömürün və şistin emalı nəndində (10.5) nəzərdə tutulur.

Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

Göründüyü kimi ƏƏSMN –nin DSMF-nin rəhbərliyi tərəfindən verilən formal və əsassız cavaba görə mən təqaüdə çıxa bilmirəm. Bir d aha xatırlatmaq istəyirəm ki, Fasiləsiz olaraq 37-ci ildir ki, əmək fəaliyyətim olub. Bu 37 ilin 30 ilini xüsusilə ağır kateqoriyalı işlərdə əmək fəaliyyətim olmuşdur.Yəni bu gün ən azı 37 il sığorta stajına malikəm və bu müddətin ən azı 30 ilini fasiləsiz olaraq xüsusi ağır işlərdə əməklə məşğul olmuşam. Fərdi hesabımın sığorta hissəsində qeydə alınmış pensiya kapitalım əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatım var. Ona görə də əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq istəyirəm. Və qanunvericilikdə iczə verdiyi kimi , işlədiyim Neft Emalı Zavodunun direktoru bird aha 13 mart 2020-ci il tarixli Arayışında bird aha təsdiq etmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin SİYAHISI”nın 10.5.2 –ci bəndidə göstərilən xammalın, hazır məhsulun, reagentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurulub-boşaldılması, doğranması, yarılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda H.Əliyev adına NEZ-də süzücü-tökücü peşəsilə eyni funksiyalara malikdir.

Mən də bir Azərbaycan vətəndaşı olaraq yuxarıda qeyd edilən və QANUNVERİCİLİYİN icazə verdiyi halda güzəştli şərtlərlə pensiya hüququndan istifadə edib pensiyaya çıxmaq hüqundan istifadə etmək istəyirəm.

“Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.”

ƏƏSMN –nin DSMF-nin rəhbərliyi tərəfindən verilən formal və əsassız cavaba görə mən təqaüdə çıxa bilmirəm. Yaşımın 58 tamam olmasını, 37 il fasiləsiz və ağır şəraitdə əmək fəaliyyətimi nəzərə alaraq cənab Prezidentdən şəxsən xahiş edirəm ki, DSMF-nin bürokratik əngəlliklərini aradan qaldıraraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm".

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz