Axtarış...

Biləsuvarda bu məmur narazılıq yaradır... - İTTİHAM

Biləsuvarda bu məmur narazılıq yaradır... - İTTİHAM

Redaksiyamıza müraciət edən vətəndaş Məmiyev Əlizadə Nəhmədağa oğlu Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar Rayon Şöbəsinin müdiri Fərasim Əliyevin korrupsiya hallarına yol verdiyini iddia edib.

Onun sözlərinə görə, aztəminatlı ailələrə ayrılması nəzərdə tutulan müavinətlər, ünvanlı yardımlar müxtəlif qeyri-leqal yollarla mənimsənilir: “Əlillərə pensiya təyinatlarında stajlar düşünülmüş halda arxiv idarəsi ilə sövdələşmə nəticəsində saxtalaşdırılır. Əmək pensiyalarının təyinatlarında stajların toplanması və hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar Rayon Şöbəsinin əməkaşlarının şərtlərinə razı olmayanların işi əngələ düşür.

Məcburi sığorta ödəmələrində cox ciddi nöqsanlara yol verilir, sənədlərin rəsmilləşdirilməsi şəxsi maraqlara xidmət edir”.

Ə.Məmiyevin bildirib ki, komersiya strukturlarında və özəl təşkilatlarında məcburi sığorta ödəmələriin toplanmasında onların hesabatlarını fondun əməkdaşları hesablayır, özəl strukturlar fəaliyyətsiz kimi göstərilir: “Fond çirkli pullarını öz adamlarına “daplata” deyilən ödəmə vasitəsilə aparır”.

Ə.Məmiyev qeyd edib ki, bir neçə ay bundan əvvəl əmək pensiyasına çıxması üçün DSMF-nin Biləsuvar rayon Şöbəsinin əməkdaşı Ümid Əsədova sənədlərini təqdim edəndə ona bürokratık əngəl yaratmağa calışıb: “Stajı səhv hesablamasına etiraz edəndə, o mənə dedi: “Gərək bizimlə razılaşasan, yoxsa işin alınmayacaq. Bizim yükümüz ağırdı, “rivizor”ları yola salırıq, qonaqlar olur, biz də sizin əlinizə baxırıq”. Mən bu sövdələşməyə razılaşmayanda o mənə “get hara istəyirsən, şikayət et” dedi.

Mən özbaşınalıqla bağlı şöbə müdiri Fərasim Əliyevə bildirəndə, o da mənə “Bizim xərcimiz çox cıxır, rayonumuzda aparılan tədbirlər bizim boynumuzdadır, aylıq yükümüz var, qonaqlar gəlir” dedi.
Mən ona dedim ki, “Pensiya haqqında” qanuna əsasən mənim pensiya təyinatım köhnə qayda ilə aparılmalıdır. Fondun müdiri Fərasim müəllim cavabında mənə “yazılmayan qanunlar da var” dedi”.

Şikayətçi bildirib ki, o, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Şöbəsində vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə və süründürməciliklə bağlı müvafiq qurumlara müraciət edib: “Korrupsiyaya Qarşı Baş Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə 20.06.2018-ci il tarixində şikayət ərizəsi göndərdim. Bu günə kimi şikayətimə cavab verilməyib”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizimyol.info-ya bildirilib ki, məsələ bu qurum tərəfindən dərhal araşdırılıb: “ Vətəndaş Ə.Məmiyevə 28.03.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajını təsdiq edən əmək kitabçası və qanunvercilikdə nəzərdə tutulmuş digər tələb olunan sənədlər yenidən araşdırılaraq təkrar hesablanma aparılıb və sosial sığorta stajına uyğun əmək pensiyası təyin olunub. Eyni zamanda Ə.Məmiyevin şöbəyə pensiya məbləğinin yenidən hesablanması üçün təqdim etdiyi sənədlərə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılmadığına və əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə şöbənin əməkdaşları barəsində intizam tənbeh tədbiri görülüb”. (bizimyol.info)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz