Axtarış...

Qəbələnin icra başçısından özbaşınalıq... - Sakinlər narazılıq edir...



Qəbələ rayonunda meşə fondunun ərazisi ayrı-ayrı fiziki şəxslərə satılıb.

Rayon sakinlərinin AzToday.az-a göndərdiyi şikayətdə bildirilir ki, Vəndam meşəbəylinin 02 saylı dolayının 55-ci kvartalındakı meşə sahəsində fərdi evlər tikilir. Belə ki, Qəbələ rayon İcra Hakimiyyətinin baş memarı Abdulxalıqov Təbriz Hüseyn oğlunun bu işdə xüsusi rol oynadığı və maklerlər vasitəsi ilə meşə ərazisinin 20-dən çox şəxsə satıldığı bildirilir. Bu prosesdə rayon torpaq şöbəsinin sabiq müdiri İslam Hacıyevin də Təbriz Abdulxalıqovla əlbir olduğu iddia edilir.

Sakinlərin sözlərinə görə, icra başçısının evinin sözügedən meşə sahəsinə yaxın olduğu üçün qoz ağaclarının əkildiyi meşə sahəsi vətəndaşlara baha qiymətə satılıb.

Şikayətçilər qeyd edir ki, Qəbələ rayon Meşə İdarəsi icra hakimiyyətinin meşə ərazisini qanunsuz satması faktına qarşı qanuna müvafiq addımlar atmır. Belə ki, Meşə İdarəsi sözügedən ərazidə evlərin tikilməsinə dəfələrlə müdaxilə edib, tikintini dayandırıb. Amma Meşə İdarəsi hansısa səbəbdən şəhərin baş memarı Təbriz Abdulxalıqov başda olmaqla qoz ağaclarını məhv etdirmiş səlahiyyət sahiblərinə qarşı hüquq mühafizə orqanlarına şikayət etmir. Halbuki həmin ərazidəki çoxillik agaclar kəsilərək, böyük bir sahədə qoz meşəliyi məhv edilib.

AzToday.az-a daxil olan qeyd edilir ki, Qəbələ rayon İcra Hakimiyyəti ilə rayon Meşə İdarəsi arasında yaranmış sözügedən qalmaqaldan Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla aidiyyati qurumlar məlumatlıdır.

Yazıda adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı araşdırmaılarımız davam edir.

Qəbələnin icra başçısından özbaşınalıq... - Sakinlər narazılıq edir...

Text-to-Speech

DİNLƏ






Şərh yaz