Axtarış...

"Qəbələ" olimpiya stadionunda oynayacaq

"Qəbələ" olimpiya stadionunda oynayacaq

"Qəbələ"nin yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcəyi məkan və vaxt dəqiqləşib.

Millitv.Az sport24.az-a istinadən xəbər verir ki, "Keşlə" ilə avqustun 4-dəki qarşılaşma Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında keçiriləcək. Oyun saat 18:00-də başlayacaq.

Qeyd edək ki, "Qəbələ" dünən "Bakı"nın təlim-məşq bazasının meydançasında yoxlama oyununda öz əvəzedici komandasına 2:1 hesabı ilə qalib gəlib.



Şərh yaz