Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.
Oxu.Az xəbər verir ki, ilk finalçının adına Tofiq Bəhramov adına Respublika stadionunda aydınlıq gətiriləcək.
Burada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.
İlk qarşılaşmada qəbələlilər 1:0 hesablı qələbəyə sevinmişdi. Bakı vaxtı ilə 17:00-da başlanacaq oyunun hakimləri İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov və Rəşad Əhmədovdur.
Sumqayıtda keçirilən ilk oyundan qolsuz bərabərliklə ayrılan “Zirə” və “Sumqayıt” bu dəfə Zirə İdman Kompleksinin stadionunda üz-üzə gələcəklər.
Qarşılaşmanın baş hakimi Əliyar Ağayevdir. Ona Zeynal Zeynalov, Akif Əmirəli və Rauf Allahverdiyev kömək edəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.