ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasiminin repetisiyası təhlükəsizlik səbəbiylə təxirə salınıb.
Bu barədə “Politico” xəbər yayıb.
Bildirilir ki, yanvarın 17-si, bazar gününə planlaşdırılan məşq, yanvarın 18-nə (bazar ertəsi günü) dəyişdirilib.
Yeri gəlmişkən, Baydenin inauqurasiyası yanvarın 20-nə təyin olunub.