Axtarış...

ABŞ ticarət missiyasının Azərbaycana səfəri təxirə düşdü



ABŞ-ın ticarət missiyasının Azərbaycana və Gürcüstana səfəri təxirə salınıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının və Amerika-Gürcüstan Biznes Şurasının birgə bəyanatında bildirilib.

Səfərin koronavirus (COVİD-19) səbəbindən qlobal sağlamlıq vəziyyətinin pisləşməsinə görə təxirə salındığı bildirilir.

Qeyd edək ki, səfər 5-10 aprel tarixlərinə planlaşdırılırdı.

Qərar ABŞ-ın Azərbaycandakı və Gürcüstandakı səfirliklərinin, ABŞ-ın Türkiyədəki Kommersiya Xidmətinin birgə məsləhətləşmələri ilə qəbul olunub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz