Axtarış...

QHT rəhbərləri arasında qarşıdurma: - Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb?

QHT rəhbərləri arasında qarşıdurma: - Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb?

Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə salınmış Xocalı Parkı və “Ana fəryadı” abidəsinin açılış mərasimi “iddiaların toqquşması” ilə yadda qalıb.

Yenicag.az xəbər verir ki, Kahramanmaraşda Xocalı Parkının salınması ideyasının təşəbbüskarı olan Kahramanmaraş – Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tural Şahbazlı özünü “Facebook” səhifəsində Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədr müavini Rasim Məmmədovu gerçəkləşdirilmiş işləri öz adına çıxarmaqda suçlayıb.

QHT rəhbərləri arasında qarşıdurma: - Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb?

Şahbazlının yazdığına görə, Məmmədov Xocalı Parkının açılış mərasimində ona qarşı sabotajla məşğul olub:

“Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi sədrinin müavini cənab Rasim Məmmədov bu gün Kahramanmaraşda qonaq idi.

Kahramanmaraşın Böyük Şəhər Bələdiyyəsi və Azərbaycanımızın diaspora təşkilatı olan Kahramanmaraş Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin əməkdaşlığı sayəsində Xocalı Parkı və “Ana fəryadı” abidəsinin açılışını etdik.

Tədbir boyunca bizi təcrid edən, mən çıxış üçün duran kimi protokolda yerimi Ramiz Quliyevə verən, daha sonra proqram ardıcıllığını pozan cənab Rasim Məmmədova təşəkkür edirəm.

O parkla bağlı sənədi paylaşıram, bizim dərdimiz reklam deyil, Vətəndir.
Qoy adımız heç yerdə olmasın, Tarix bizi, əlbəttə, Yazacaqdır”.

Şahbazlının bu statusuna əlavə olaraq yerləşdirdiyi fotosənəddən də aydın görünür ki, Tural Şahbazlı 2015-ci il yanvarın 20-də Xocalı Parkının salınması təklifi ilə Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinə müraciət edib.

Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin Şahbazlıya göndərdiyi cavabda isə onun təşəbbüsünün 2019-cu il yanvarın 3-də müzakirə olunduğu, yanvarın 14-də isə şəhərdə Xocalı parkının salınması haqqında qərar qəbul edildiyi bildirilib.
QHT rəhbərləri arasında qarşıdurma: - Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb?
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz