“Formula-1”in daha üç yarışı təxirə salınıb.
Millitv.az xəbər verir ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monakoda (21-24 may) keçirilməli olan Qran Pri yarışları koronavirus təhlükəsi üzündən, planlaşdırılmış vaxtda baş tutmayacaq.
Beləliklə, 5-7 iyunda Bakıda baş tutacaq Azərbaycan Qran Prisi ilk sıraya girib. Əgər Bakıdakı Qran Pri təxirə salınmazsa, “Formula-1”də mövsümün ilk yarışı məhz Azərbaycanda olacaq.