Cənubi Koreya çempionatında ilk turun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır. Cənubi Koreya çempionat fevralın 29-na start götürməli idi.
Qeyd edək ki, Cənubi Koreyada 700-dən çox insanda koronavirus aşkarlanıb. Artıq 7 nəfər bu səbəbdən vəfat edib.
Xatırladaq ki, bu virusa görə Çində bütün idman yarışları aprelə qədər dayandırılıb. İtaliya və digər bir sıra ölkələrdə də artıq bir neçə oyun təxirə salınıb.