Axtarış...

"Premium Bank"ın faiz gəlirləri kəskin azalıb - HESABAT

"Premium Bank"ın faiz gəlirləri kəskin azalıb - HESABAT

"Premium Bank" 2019-cu ilin 1-ci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, bankın cəmi aktivləri 654 mln. 123 min manat olub. Cəmi öhdəlikləri isə 516 mln. 815 min manata çatıb. Bankın cəmi kapitalı 137 mln. 309 min manat olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7 mln. 783 min manat çoxdur.

DEPOZİT VƏ KREDİT PORTFELİ ARTIB

"Premium Bank" 2019-cu ilin 1-ci rübündə 465 mln. 49 min manat depozitə sahib olub. Bu isə 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 140 mln. 264 min manat çoxdur. Buna görə də, bankın cəmi öhdəliklərində 192 mln. 30 min manat artım müşahidə olunub.

Bankın müştərilərə verdiyi kreditə görə ötən ilin müvafiq dövrü ilə müqayisədə 177 mln. 34 min manat artaraq 589 mln. 700 min manat olub.

XALİS FAİZ GƏLİRİ AZALIB

"Premium Bank"ın xalis faiz gəliri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 4 mln. 16 min manat azalaraq 92 min manata enib. Bundan başqa bankın qeyri-faiz gəliri 4 mln. 539 min manat, qeyri-faiz xərcləri isə 13 min manat təşkil edib. Nəticədə bankın xalis əməliyyat mənfəəti 6 mln. 505 min manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 mln. 895 min manat çoxdur.

Bankın xalis mənfəəti kəskin azalıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın xalis mənfəəti 8 mln. 664 min manat azalaraq 3 mln 15 min manatadək düşüb.

MƏCMU KAPİTALI ARTLB

Hesabata görə "Premium Bank" məcmu kapitalı 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 7 mln. 674 min manata artaraq 133 mln. 145 min manata çatıb. Məcmu kapitalın adekvatlıq əmsalı 14.5%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 12.8%b təşkil edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz