Axtarış...

İlham Əliyev: İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb


Millitv xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A haber” telekanalına müsahibəsində bildirib.

“Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb. Buna görə biz İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik. Gürcüstan ərazisindən, bizdə olan məlumata görə, bu gün mülki, eyni zamanda karqo təyyarələri ilə qaçaq silah göndərilib. Ermənistan bu yaxınlarda bir təyyarə alıb. Bizdə olan məlumata görə, hardasa 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır: Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda bu İL-76 təyyarəsinin alınması Ermənistana imkan verdi ki, qaçaq yolla bu silahları Ermənistana ötürsün. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu bəyan edilir. Onların bəyanatlarında isə bu mülki karqodur. Amma bunun içində “Kornet” (tank əleyhinə silahlar), “Konkurs” (tank əleyhinə silahlar), “İqla” (hava hücumuna qarşı silahlar).

Eyni zamanda bizdə olan məlumata görə, Rusiyadan qaçaq yolla alınmış raketlər göndərilir. Ona görə biz ICAO-ya (Beynəlxalq Mülki Aviasiya Təşkilatı – red.) rəsmən müraciət etdik ki, ICAO bu məsələni araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu qaçaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir”, - ölkə başçısı söyləyib.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz