Axtarış...

XİN başçısı: "Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək mümkün deyil"


MilliTV.az

"Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməklə bağlı istənilən cəhd heç bir nəticə verməyəcək".

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən XİN başçısı Azərbaycanla çox yaxşı əlaqələrin olduğunu deyib:

"Biz strateji tərəfdaşlarıq. İki ölkə arasında münasibətləri korlamağa yönələn istənilən cəhd heç bir nəticə verməyəcək".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz