“Bayraqdar Akıncı” PUA-ları 2021-ci ildə fəaliyyətə başlayacaq.
Bunu Türkiyənin “Baykar” şirkətinin texniki sahə üzrə meneceri Səlcuq Bayraqdar deyib.
O bildirib ki, “Bayraqdar Akıncı” öz kateqoriyası üzrə heç bir PUA-da olmayan xüsusiyyətlərə sahib olacaq:
“Artıq PUA-ların ikinci prototipi yekunlaşdı. Hazırda üçüncü prototipi istehsal edirik. Eyni zamanda, kvalifikasiya və sınaq uçuşları da davam edir. İnşallah 2021-ci ildə orduya təhvil veriləcək. Hədəfimiz bu istiqamətdədir”. /Axar.az/