ABŞ administrasiyası G7 sammitinin keçirilməsi üçün yeni yer seçib.
Bu barədə Millitv.az RİA "Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, dövlət başçısı Donald Tramp bildirib ki, bu, Merilend ştatındakı Kemp-Deviddir.
"Bu sammit Kemp-Deviddə olacaq, yaxşı yerdir, bizdə mətbuat üçün yaxşı giriş (təşkil ediləcək) ", - o jurnalistin sammitin keçirilməsi üçün yeni yerin seçilib-seçilməməsi barədə suala cavabında bildirib.
G7 sammiti 2021-ci ildə Kemp-Deviddə keçiriləcək.