MilliTV.azAlmaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarıb.
“Report” xəbər verir ki, bu barədə o “Twitter” səhifəsində paylaşım edib.
“İpucu: əgər dron vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin nişan aldığı dar korpuslu ikimühərrikli mülki təyyarə göstərməyin”, - Y.Röpke vurğulayıb.
Onun bu paylaşımı sosial şəbəkədə Ermənistan Müdafiə Nazirliyini gülünc obyektinə çevirib.
Qeyd edək ki, münaqişələr üzrə ekspert olan Yulian Röpke Almaniyanın məşhur “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktorudur.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus PUA-nın guya vurulması barədə Ermənistan tərəfinin açıqlamasının həqiqətə uyğun olmadığını, bunun növbəti dezinformasiya xarakterli məlumat olduğunu bildirib.