Axtarış...

SON DƏQİQƏ: Husilər ABŞ-ın pilotsuz təyyarəsini vurdu



Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan pilotsuz təyyarəsi vurulub.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” informasiya yayıb.

Xəbərə görə, hadisəni Yəməndəki İran dəstəkli Husi üsyançıları törədib. Husilərin mətbuat katibi Yəhya Sareya verdiyi açıqlamada PUA-nın ABŞ istehsalı olduğunu təsdiqləyib.

PUA-nın kəşfiyyat məlumatları toplamaq üçün uçuş həyata keçirdiyi iddia edilir. Səudiyyə Ərəbistanı rəhbərliyindəki beynəlxalq koalisiya məsələ ilə bağlı açıqlama verməyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz