Türkiyənin təhlükəsizlik orqanları 24 oktyabr 2015 - 23 oktyabr 2018-ci il tarixləri arasında 14 min 694 terrorçunu məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar danışıb.
“Girilməyən mağara, qalxılmayan dağ-təpə qalmadı. Hər daşın altına baxıldı, baxılmağa da davam edilir. Bu formada mübarizəmizi davam etdirib, inşallah, tamamlayacağıq, ölkəmizi, millətimizi bu terror bəlasından qurtaracağıq”, - Akar bildirib.