2021-ci ildə “Xəzər Lənkəran”ın yaşıl meydanlara qayıtması haqqında yayılan xəbərlər əsassızdır.
Bu sözləri Axar.az-a açıqlamasında klubun keçmiş mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib. O bildirib ki, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Sosial şəbəkələrdə klubun adından saxta səhifələr açıb, əsassız məlumatlar yayırlar. Bizim o səhifələrlə heç bir əlaqəmiz yoxdur. Yəni həmin səhifələr klubun rəsmi səhifəsi deyil”.
Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində “Xəzər Lənkəran FC” səhifəsi klubun 2021-ci ildə yaşıl meydanlara geri dönəcəyi haqqında məlumat yayıb.