Axtarış...

İnam Kərimovdan Ramiz Mehdiyevə ilginc JEST - Nazir sabiq PA rəhbərinin əmisi oğluna vəzifə verir


Sərt karantin rejimində nəvəsinə toy edib,sonra da öz hikkəli, qalmaqallı açıqlamaları ilə gündəmi qəsb edən AMEA prezidenti, akademik Ramiz Mehdiyevdən yeni xəbər var. Uzun müddət prezident Administrasiyasının rəhbəri olmuş şəxs sən demə təkcə öz postundakı fəsadlı idarəçiliyi ilə deyil, həm də ölkənin axsayan elm aləminə “səlib yürüşləri” ilə də günahlandırıla bilər.
Aktualinfo.org-a Gəncədən verilən məlumatlara görə ötən həftə “boz kardinal” titullu akademik Kənd Təsərrüfatı naziri İnam Kərimova və Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərova telefon zəngi açaraq müəyyən tələblərdə bulunub.

Hazırda ADAU-da rektorluq səviyyəsində danışılan söz-söhbətlərə görə, Ramiz Mehdiyev bu vurhavurda rektordan və nazirdən öz əmisi oğlu, dosent Əli Mehdiyevə yüksək vəzifə istəyib.
Sızan məlumatlara inansaq, akademik Mehdiyev əmisi oğlunun ADAU-nun balansında fəaliyyət göstərən “Aqromexanika Elmi Tədqiqat İnstitutu”na direktor təyin etdirir. İddia olunur ki, planlaşdırılan yeni təyinat nazir İnam Kərimov üçün də uyğundur. Yəni təyinata artıq nazir də öz xeyir-duasını verib. Təqdimat yazacaq olan ADAU rektoru da hamisinin əmrinə sevə-sevə müntəzirdir.

Bu arada, bildirək ki, Ramiz Mehdiyevin əmisioğlu Əli Mehdiyev rektor İbrahim Cəfərovun ən yaxın dostlarından biridir. Rektorun illərdir ki, məhz bu şəxs vasitəsilə PA rəhbəri Ramiz Mehdiyevə bağlandığı iddia edilir. Rektorun ADAU-da vəzifə yüksəlişində Ramiz Mehdiyevin adı xüsusilə çəkilir. Bundan başqa, təsadüfi deyil ki, Əli Mehdiyev vaxtilə Gəncə Nizami İHB-də müavin olub, daha sonra şəhər İHB-nin sabiq başçısı Rasim Daşdəmirovun müavini postunu tutub. Sonradan, Rasim Daşdəmirovla dava-dalaş sonucu işindən uzaqlaşdırılaraq Bakı şəhərinə köçüb və hazırki günədək Bələdiyyələrlə İş Mərkəzində və müxtəlif işlərdə çalışıb. Adıçəkilən Mehdiyev 1982-ci ildə ADAU-da aqromexanika fakultəsini bitirib. Heç bir qanuni əsaslar olmasa da, uzun illərdir ki, universitetdə yarımştat dərs yükü olmaqla maaş alması da diqqət çəkir.
Əlavə məlumat verməyə çalışacağıq!
Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz