Karantin günlərində nəvəsinə toy edən, ciddi qınaq obyektinə və siyasi gündəmə çevirilən, kürəkəni qandallanaraq 15 gün həbs cəzası alan akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti postundan istefa vermək barədə qərar verib.
AMEA-dakı mənbələrdən Bizimxeber.az-a verilən məlumata görə, istefa qərarının gələn həftə açıqlanacağı gözlənilir. Mənbə bildirir ki, istefa qərarının gələn həftəyə planlaşdırılması kürəkən İlham Əliyevin 15 günlük həbs cəzasının bitməsi ilə bağlıdır.
Onun birdəfəlik Rusiyaya köçəcəyi barədə məlumatlar da var.
Bizimxeber.az Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.