Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin rüşvət alarkən cinayət başında yaxalanıb.
Gununsesi.org-un xəbərinə görə, o, Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Saytımızın araşdırması zamanı bəlli olub ki, Ceyhun Bayramov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qardaşı oğlu Telman Mehdiyevin işçisidir.
Belə ki, Telman Mehdiyev hazırda Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi postunu tutur.
Məlumata görə, Ceyhun Bayramovun əməllərinin məsuliyyətini bölüşəcək vəzifəli şəxs kimi Telman Mehdiyev də istintaqa cəlb olunacaq.
Məsələ ilə bağlı Gununsesi.org-un əməkdaşı Telman Mehdiyevin özü ilə əlaqə saxlayıb.
“Bütün məlumat rəsmi açıqlanıb, başqa deyəcəyim bir söz yoxdur” deyən Telman Mehdiyev danışmaqdan imtina edib.