Axtarış...

Boz Kardinalın Bozarmış Rəngi

Qanunlara qanunsuzluq göstərən Ramiz Mehdiyev toy adı altında ətrafını toplayıb əzələ nümayiş etdirmək istədiyi halda əzələsini qırıb özünü və komandasını nakault vəziyyətinə saldılar.



2020 – ci ilin əvvəlindən dünyanı bürümüş koronavirus təhlükəsindən qorunmaq üçün başlamış karantin rejimi bütün dünyada epidemiyaya qarşı mübarizədə bəşəriyyəti müəyyən qədər viruslardan təmizlənməsində ölkəmizin də böyük rolu oldu. Azərbaycan iqtidarı da yaranmış fürsətdən istifadə edərək uzun illərdir ki, hakimiyyətə daraşmış “COVİD-19” virusundan da təhlükəli hakimiyyət viruslarının təmizlənməsi prossesi başladı.

Cari ilin fevral ayında keçirilən parlament seçkilərində prezident və onun yeni komandası seçkilərin şəffaf keçməsi üçün verdiyi qarantı, Boz kardinalın hakimiyyətdə oturtduğu müti qullarına verdiyi göstərişi əsasında alt – üst etməsi həm dövlətə həmçinin də prezidentə və onun yeni komandasına qarşı sobataj və xəyanət idi.

Sözsüz ki, prezident İlham Əliyev bu xəyanəti bağışlamayacaqdı ancaq dünyanı bürüyən pandemiya xəstəliyi , özünü təcrid etmə prossesi xəyanətkarların cəzalanmasını bir müddət ertələdi.Yaranmış vəziyyətdən istifadə edən xəyanətkarlar əllərindəki imtiyazlardan istifadə edərək karantin rejimi müddətində yenidən revanş götürmək üçün müxtəlif əl altıları olan siyasi partiyalara, içtimai birliklərə və ən əsası əllərində olan mediya qurumlarına yeni götürüləcək revanş barədə məlumatlar ötürürdülər.

Baş verənlərdən yaxşı xəbərdar olan Azərbaycan iqtidarı hakimiyyət daxilində oturan virusların təmizlənməsi üçün uğurlu məqam gözləyirdi.

Avqust ayının ikinci yarısı karantin rejiminin yumşaldılmasından istifadə edən Boz Kardinal özünə sadiq olan insanları dəqiqləşdirmək üçün hesabladığı karantin qaydalarına zidd olan nəvəsinin toy şənliyinə dəvət etdiyi insanları həqiqətən ona sadiq olanları yoxlamaq qərarına gəldi. Buna misal üçün Səyavuş Novruzova karantin rejimində Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi barədə sual olunarkən o da bunu açıq dilə gətirərək bildirmişdi ki, mən xəyanətkar deyiləm burdan görünür ki, Boz Kardinalın toya dəvət etdiyi şəxslərdən kim toya gəlməsəydi o xəyanətkar elan olunacaqdı bu səpkidən də Səyavuş Novruzov həm yeni iqtidarda komandasında, həm də kohnə vurulmuşların komandanın cərgəsində manevr etmək istəyirdi ki, sonluğu da Səyavuşun istefa verməsi ilə nəticələndi.

Baş verən tarixi toy prossesi Azərbaycan iqtidarını yeni revanş götürülməsinə səbəb oldu. Korrupsiya əməllərində ittiham edilməmələrinə görə özlərinin Ramiz Mehdiyevə borclu bilən vurulmuş və hazırda iqtidarda oturan sobatajçılar onlara yaradılmış meydanın daraldığını açıq aydın görürlər. Gələcəkdə bu illər ərzində korrupsiya hesabına topladıqları sərvətin əllərindən alınacağını görən sobatajçı komanda özlərinin “xaç atası” olan Ramiz Mehdiyevin ətrafına toplaşıb yeni revanş götürülməsi üçün gələcək liderlərinin müəyyənləşməsi istiqamətində adımlarda fəallıq göstərməklə həmən komandada özlərinə və övladlarına yer müəyyənləşdirmək üçün bütün var dövlətlərindən də keçməyə hazır olduqlarını bəziləri elə bu toyda bəyan etdilər buna misal olaraq Abel Məhərəmovu göstərmək olar.

Prosseslər Boz Kardinalın hesabladığı kimi getmədi – Hakimiyyət Boz kardinalın üzərində tam qələbəsini təmin etdi.

Bu toy Azərbaycanın siyasi həyatında böyük dəyişikliklərə zəmin yaratdı uzun illərdir ki, özlərini Ramiz Mehdiyevə sadiq bilən şəxslər birdən - birə onun ünvanına insanı alçaldacaq təhqirlər söyləməkdən belə çəkinmirlər. Ancaq onu da bildirək ki, Boz kardinalı təhqir edən şəxslər vaxtilə Ramiz Mehdiyevə təzim edərək ona sadiq olduğlarını nümayiş etdirirdilər.

Görünür ki, bu uğursuz revanşı Boz kardinala pis təsir etdi , 83 – yaşı haqlayan yaşlı bir insanın bu vəziyyətə düşməsi Mehdiyevə çox pis təsir edəcək onun bundan sonra revanş götürməsinə ümüdləri qalmayan sabiq məmurlar və iqtidarda əyləşən sobatajçı komanda gələcəkdə bu şəxsin timsalında yeni liderin formalaşmasına tam ümüdlərini itirdilər.


Mediya Məlumat Mərkəzinin
Baş redaktoru Rövşən Qasımov




Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz