İslami Şura Məclisinin riyasət heyətinin üzvü: Bəyanatı »Qarabağ Azərbaycan Respublikası ərazisinin bir hissəsidir«.Təbriz, Osku və Azərşəhrin Milli Məclisdəki deputatı doktor Ruhullah Mütəfəkkir Azad işğal olunmuş Qarabağ regionunda baş verən qarşıdurmada tərəfləri təmkinli olmağa dəvət edib. O, özünün »twitter« səhifəsində erməni silahlı qüvvələrinin Tovuz rayonunda azərbaycanlı əsgərlərə qəfil hücumlarına işarə edərək yazmışdır:İşğal olunmuş Qarabağ regionunda baş vermiş son qarşıdurmada münaqişə tərəflərini təmkinli olmağa dəvət edir və diqqət etməli olduğumuz iki məsələni qeyd etmək istərdim.
1. Hər iki ölkədəki imperialist güclərin, eləcə də İsrail rejiminin fəaliyyəti münaqişənin həllində böyük bir maneədir.
2. Qarabağ Azərbaycan Respublikası ərazisinin bir hissəsidir.
Urmiyalı deputat: Region xalqları Qarabağı işğalçılara təslim etməyəcək İran İslam Respublikası İslami Şura Məclisinin Urmiyadan olan millət vəkili və parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Ruhullah Həzrətpur dedi: Region xalqları Qarabağı işğalçılara təslim etməyəcək. Qəsbkar Ermənistan regionda sabitliyi pozmaq üçün İsrail və ABŞ-ın planlarını icra edir. Ermənistan öz axmaqlıqlarını davam etdirməzdən qabaq bilməlidir ki, region xalqları və ölkələri özlərinin din və dil qardaşlarının yanındadır və İslam torpağını bir ovuc işğalçıya təslim etməyəcəklər.Millitv.az