İranın Məhşur Professoru Doktor Pərğu Azərbaycan Dövləti və Xalqına Baş sağlığı verdi.
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Doktor Pərğunun Azərbaycan dövləti və xalqına baş sağlığı verib
Təbriz universitetinin professoru doktor Pərğu Tovuz rayonunda baş vermiş son qarşıdurmada şəhid olan dost və qonşu Azərbaycan hərbçiləri ilə əlaqədar Azərbaycan dövləti və xalqına baş sağlığı vermişdir: »Əzizlərini və cavanlarını islama və vətənlərinə qurban vermiş Azərbaycan xalqına dəstəyimizi bildirir və tövsiyə edirik ki, ayıq olsunlar, çünki, bu hadisələrin arxasında sionistlərin gizli əlləri görünür. Azərbaycan hökumətindən xahiş edirik ki, şəhidlərin qanına həssas yanaşaraq kinli erməni düşməninə qətiyyətli cavab versin. Erməni silahlı qüvvələrinin Tovuz rayonunda azərbaycanlı əsgərlərə qəfil hücumlarını və bu hücumlar nəticəsində bir neçə hərbçinin şəhid olmasını pisləyirik. Uca Tanrıdan şəhidlərə rəhmət diləyir və təcavüzkarların Dağlıq Qarabağdan qovulması üçün milli birliyin və müqavimətin güclənməsini istəyirik.