BMT-də Azərbaycana qarşı növbəti təxribata yol verilib. Modern.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş torpaqlarda yaradılmış qondarma Qarabağ rejiminin daha 2 sənədi yayımlanıb. Qarabağ rejiminin “xarici işlər nazirliyi”nin yaydığı həmin sənədlərdən biri (https://undocs.org/ru/A/74/801) 2016-cı ilin Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı Azərbaycanı ittiham edir. İkinci “sənəd”də isə (https://undocs.org/ru/A/74/818) BMT Baş katibi Anoniu Quterrişə dünyanın bütün “qaynar nöqtə”lərində atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb.
Xatırladaq ki, bundan əvvəl də, Ermənistanın BMT-dəki daimi nümayəndələrinin vasitəsilə qondarma rejim rəhbərliyi BMT-də rəsmi sənəd yaymağa nail olub. Həmin faktlarla bağlı Azərbaycan XİN-i BMT-yə kəskin etirazını bildirmişdi.