Axtarış...

Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur - İDDİA

Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur - İDDİA

İnsafən, Vergilər Nazirliyi (Hazırda İqtisadiyyat Nazirliyinin Vergi Xidməti) bəlkə də yeganə dövlət orqanıdır ki, öz sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarda məlumatları ictimailəşdirən və belə neqativ hallar barədə rəsmi məktubla xəbər verən kütləvi informasiya vasitələrinin nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür elan edir. Dəxli yoxdur, həmin məlumat vergi ödəyicisi barədə olsun, yaxud, vergi müfəttişləri barədə.

RealMedia.az olaraq həmişə bu mövzuya aid hansısa məlumatı paylaşanda heç də vergi orqanının təşəkkürünü qazanmağı təmənna etməmişik – bu, həmin orqanın mədəniyyət işidir. İstəyimiz o olub ki, dövlətimizin büdcəsi zənginləşsin, vergidən yayınan da olmasın, yayınma hallarına göz yuman da.

Saytımızın daimi oxucuları xatırlayarlar, adının çəkilməsini istəməyən bir sahibkarın 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilovun və onun müavini Arif Nağıyevin qanunsuz olaraq ondan haqq tələb etməsi barədə dediklərini qələmə almışdıq. Sahibkar bildirmişdi ki, adları çəkilən vəzifəli şəxslər onların qanunsuz tələblərinə boyun əymədiyi üçün onun obyektlərində qanunsuz yoxlama apartdırırlar. Hətta qeyd edirdi ki, adları çəkilən vəzifəli şəxslərin qanunsuz əməllərindən prezident İlham Əliyevə və nazir Mikayıl Cabbarova müraciət də ünvanlayıb. İstəyi nazirlə görüşməkdir. Özü də Zaur Adilovla birlikdə.

Biz bu məsələni saytımızda ictimailəşdirdikdən sonra Nazirlik tərəfindən araşdırmalar aparılıb. Sahibkarla telefon əlaqəsi saxlanılıb. Təssüflər olsun ki, həmin şəxs ondan haqq tələb istənilmədiyini bildirib.

Belə bir dönüklük bizi vadar edir ki, həmin sahibkarın adını açıqlayaq. Onunla tanış olun – Hacı İlqar İmamverdi oğlu Məmmədov. Beyləqanda “Lukoil”, “Oskar” və “Amil” yanacaq doldurma məntəqələrinin sahibi. Maraqlıdır ki, əgər Hacı İlqar Nazirliyə belə bir izahat verəcəkdirsə, bəs onda redaksiyamıza ondan haqq tələb olunduğunu israrla bildirərək ictimailəşdirilməsini xahiş etmişdir? Olmaya Hacı fikirləşirmiş ki, bu yolla vergi orqanı əməkdaşlarını şantaj edərək istəyinə nail ola bilər? Bir hacı ki, belə fırıldağa əl atırsa, vergi orqanı vəzifəlilərini şantaj edib istəyinə nail ola biləcəyini düşünürsə, digər sahibkarları niyə qınayaq ki?!

Qoy Hacı İlqar getdiyi Məkkəyə, biz də qələmimizə and içək. Uca Allah yalançıya qənim olsun.
RealMedia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz