Axtarış...

"Sonra mənə nazirlikdən bildirdilər ki..." - GİLEY

"Sonra mənə nazirlikdən bildirdilər ki..." - GİLEY

Bərdənin Gərənə kənd sakini Şəmilzadə Nicat Şahin oğlu vergilər nazir Mikayıl Cabbarova müraciətində 11 saylı Ərazi Vergilər İdarəsinin Operativ Nəzarət Şöbəsinin rəisi Mətləb Abbasovun qanunsuzluğundan bəhs edib.

GundemXeber.Az bildirir ki, müraciətdə N.Şəmilzadə M.Abbasovun ona qarşı hansı haqsızlıqlara yol verdiyini açıqlayıb.

Onun sözlərinə görə, 11 saylı Ərazi Vergilər İdarəsinin Operativ Nəzarət Şöbəsinin rəisi ona 35 min manat ziyan vurub:
“Məktubum Sizə çatandan dərhal sonra Nazirliyin əməkdaşları Ərazi idarəsinin fəaliyyətini, xüsusilə Mətləb Abbasovun və onun tabeliyində olan bir neçə əməkdaşın fəaliyyət dairəsini yoxlayıb, ciddi nöqsanlar aşkar etmişdilər. Onlarla vergi ödəyicisi olmayıb, vergidən yayındırılan obyektlər aşkarlanmışdı.
Hətta yoxlayıcılar mənə bildirdilərki, aşkar elədiyimiz qanunsuzluqların yanında sənin məktubda yazdıqların xırda işlərdi. Sonra mənə nazirlikdən bildirdilərki, bir ay müddətinə sənə cavab veriləcək.
Lakin həmin məsələnin üstündən bir ay yarım keçməsinə baxmayaraq hər hansı bir tədbir görülməsi və aparılan yoxlamanın nəticəsi barədə məlumat verilməyib.
Bunun nəticəsidir ki, Mətləb Abbasov heç nə olmamış kimi öz bahalı maşınlarını nümayiş etdirərək gəzməklə, qanunsuz hərəkətlərini davam etdirir.
Görünür nazirlikdə dayaqları möhkəmdir. Məhz buna gorə birbaşa cənab nazirin ünvanına müraciət elədim ki, onun dostları məktubumun Sizə çatmasına əngəl törədəcəklər”.
Xatırladaq ki, “Bizim Dövr”ün ötən saylarından birində “11 saylı ərazi Vergilər idarəsinin biznesmen məmurları” sərlövhəli tənqidi material dərc olunmuşdu.
Yazıda göstərilmişdi ki, bu yaxınlarda Mingəçevir şəhərində yerləşən 11 saylı ərazi Vergilər idarəsinin rəis müavini, vergi xidməti müşaviri Münasib Əsgərovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs olunur.
İddia olunur ki, məhz Münasib Əsgərovun təhriki ilə, idarənin əməkdaşları xüsusən kiçik və orta biznes təmsilçilərini sözün əsil mənasında sıxışdırmaqla məşğuldurlar.
Bu səbəbdən də, sahibkarlıqla məşğul olan vətəndaşlar 11 saylı ərazi Vergilər idarəsinindən ciddi narazılıqlarını ifadə edirlər.
Təqdim olunan məlumata görə, Yevlax-Mingəçevir bölgəsində aylıq 20-25 manat vergi ödəyən sahibkarlardan 70-75 manat əlavə haqq tələb olunur.
11 saylı ərazi Vergilər İdarəsinin işçiləri, idarənin rəis müavini Münasib Əsgərovun göstərişi ilə sahibkarları hədələməkdən belə çəkinmirlər.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq. GundemXeber.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz