Axtarış...

Beyləqanda “vergi cəlladları” sahibkarlara “racon” kəsiblər… - ONLARIN DA HƏBSİ İSTƏNİLİR



Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.
Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
RealMedia.az xəbər verir ki, Beyləqanda da bir qurup sahibkar 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilovdun və müavini Arif Nağıyevin qanunsuz tələblərindən şikayətlənirlər. Onlar bildirirlər ki, adları çəkilən hər iki məsul şəxslər sahibkarlara göz verib, işıq vermirlər.
Sahibkarlıq subuyektləri əsassız yerə yoxlanılır
Bildirilir ki, sahibkarlar fəaliyyətlərini qanunun tələbləri çərçivəsində həyata keçirmələrinə(vaxtı-vaxtında vergi ödəmələri öhdəliklərini yerinə yetirmələrinə) baxmayaraq, onlar incidilirlər. 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilov və müavini Arif Nağıyev onlardan aylıq pul tələb edir. Onların bu qanunsuz tələblərinə boyun əyməyən sahibkarı isə sıxışdırırlar, sahibkarlıq fəaliyyətinə müxtəlif əngəllər yaratmağa səylər göstərirlər. Yoxlamalar bir birinin ardınca düzülür. Son nəticədə heç bir qanun pozuntusuna, vergidən yayınma halları aşkarlanmır. Onlar bu cür qanunsuz yoxlamalar təşkil edərək çalışırlar ki, sahibkar bezib, onlara boyun əysin və bu yollada onlar korruptiv (şəxsi maraqlarını) məqsədlərini nail olsunlar.
O da bildirilir ki, 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi və müavini rayonda fəaliyyət göstərən daha çox iri sahibkarlıq subiyektləri olan, “Zapravkalar”ı (Yanacaq doldurma məntəqələrini) hədəf seçiblər. Onlar necə deyərlər, “zapravkaları” “tasa” otuzdururlar.
Bu üzdən də Beyləqanda bir qurup sahibkarlar fəaliyyətlərini dayandırmaq məcburiyyəti ilə üz-üzə qalıblar.
Sahibkarlar bildirillər ki, Zaur Adilovun və Arif Nağıyevin qanunsuz və korrupsiyaya əməllərindən Prezident İlham Əliyevə və İqtisadiyat naziri Mikayıl Cabbarova müraciətlər ediblər.
Yeri gəlmişkən o da bildirilir ki, Zaur Adilov 8 saylı Ərazi Vergilər İdarəsniə Penitensiar Xidmətdən transfer olub. Yəni, hansısa “Zon” dan – Cəzaçəkmə müəssisəsindən. Məhz bu üzdən də Zaur Adilov 8 saylı Ərazi Vergilər İdarəsni “Zon” qaydaları ilə idarə edir. Sahibkarları isə məhkum gözündə görür.
Qrşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz