Axtarış...

Vergilər Nazirliyinin “Qara siyahısı”...

Vergilər Nazirliyinin “Qara siyahısı”...

Azərbaycanda vergidən yayınmağa cəhd edənlər, şübhəli əməliyyatlar aparanlar və dövriyyələrini gizlətməyə çalışan verg ödəyiciləri Vergilər Nazirliyi tərəfndən risk qrupuna daxil edilir


Belə şirkətlərlə əməliyyatlar aparılarkən, nazirliyin kargüzarlıq sistemində əməliyyatı aparmaq istəyən vergi ödəyicisinə xəbərdarlıq görünür ki, əməliyyat aparmaq istədiyi şirkət risk qrupundadır. Bu xəbərdarlıqdan sonra şirkət özü müəyyən edir ki, riskli ödəyici ilə əməliyyat aparsın, yoxsa aparmasın.

Eləcə də risk qrupuna daxil edilən şirkətlər tenderlərdə iştirak edə bilmirlər, çünki onlara tenderə qatılmaq üçün vergi borcunun olmaması haqqında arayış verilmir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov problemli vergi ödəyicilərinin siyahısının, yəni risk qrupunun olduğunu təsdiqləyib.

N.Şirinovun sözlərinə görə, belə bir risk qrupu var və nazirliyin elektron kargüzarlığına daxil olanda belə şirkətlərlə bağlı xəbərdarlıq görünür: «Biz onları risk qrupuna ona görə daxil edirik ki, normal veri ödəyiciləri sonradan onlarla iş görüb, o risk qrupuna düşməsinlər. Həmin ödəyicilərə məktub da gedir və izah olunur ki hansı səbəbdən bu vəziyyət yaranıb (yəni risk qrupuna düşüblər)».

Nazirlik nümayəndəsi riskli vergi ödəyicilərinin sayını və onların hansı meyarlarla müəyyən edildiyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, bu meyarlar açıqlanmır: «Bu kommersiya sirridir. Çünki belə alqoritmlər hər bir vergi administrasiyasında gizli saxlanılır. Yəni riskli vergi ödəyicilərinin hansı alqoritmlə müəyyən edilməsi sirrdir».

N.Şirinov deyib ki, bu alqoritmlər açıqlansa, pozuntuya yol verən ödəyicilər bu siyahya düşməkən yayına bilərlər.

Baş direktor, ƏDV ilə bağlı mübahisəsi olanların avtomatik olaraq risk qrupuna düşməsi ilə bağlı deyilənləri təkzib edib: «Belə bir yanaşma yoxdur. Bizim xüsusi alqoritmimiz var, onlar hamısı elektrondur. Sistem özü müəyyən edir ki, nə baş verir».

Bunula yanaşı, N.Şirinov risk qrupuna daxil edilən ödəyicilərin əməliyyatları ilə bağlı bəzi misallar gətirib: «Əmtəəsiz əməliyyat aparanlardır, yəni ixdal eləmədiyi malları satanlardır. Kitab alıb süd satanlar, yəni aldığı deyil, almadığı malları satanlar. Sistem göstərir ki, bu ödəyici kitab alıb, amma sonra süd satır».

N.Şirinov risk qrupuna düşən ödəyicilərin buradan hansı şərtlərləçıxa biləcəyini də açıqlayıb: «Risk qrupundan çıxmaq üçün vergi ödəyicisi elədiyi əməliyyatları könüllü qaydada ləğv edirsə, bu əməliyyatlardan yaranan öhdəliklərini, yəni vergidən yayındırdığı vergini büdcəyə ödəyirsə, və belə əməliyyatlar aparmayacağına yazılı zəmanət verirsə, bu məsələyə baxılır».

İndiyədək belə hallar olub: «Gəlib özü könüllü şəkildə etiraf edib ki, bəli mən belə əməliyyatı aparmışam, bu əməliyyatı ləğv edib, büdcəyə çatası bütün vergiləri büdcəyə ödəyib, zəmanət verib ki, belə hal olmayacaq. Çünki sahibkarı biz ömrü boyu o siyahıda saxlaya bilmərik».(FED.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz