Axtarış...

Keçmiş nazir oğlu HƏDƏFDƏ... - şirkəti haqda cinayət işi açılıb



Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus şirkətlərdən biri barədə cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, cinayət işi vergidən yayınma ilə bağlıdır. Bildirilir ki, cinayət işi Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən aparılır.

Məsələnin təfərrüatları məlum deyil. Bəzi ehtimallara görə, cinayət işi “Transgeyt” şirkəti ilə bağlıdır. Bu şirkət vaxtilə paytaxtda sərnişindaşımaya nəzarət edib.

2015-ci ildə “Transgeyt” şirkətinin adı Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub. Qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb. Lakin vergi borcunun həcmi açıqlanmayıb.

Ziya Məmmədov həmin vaxt nazir olsa da, artıq hakimiyyətdə nüfuzunu itirmiş durumda olub. Məhz 2015-ci ildən başlayaraq Ziya Məmmədovun nazir kimi səlahiyyətləri hissə-hissə əlindən alınıb. Proses 2017-ci ilə qədər davam edib. 2017-ci ildə isə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) birləşdirlib. Həmin ildən Ziya Məmmədov işsiz qalıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz