Bir neçə gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsində (El arasında Qocalar evi kimi tanınır) yaşanan olaylar, qol qoyulan çoxsaylı qanunsuzluqlar və s. haqda yayımladığımız açıqlamadan sonra, adı çəkilən bu müəssisədə rəhbərliyi həyata keçirən Samirə xanım Mehdiyevanın yarıtmaz idarəçiliyi, tam əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə çevrildi. Hətta, media üzərindən apardığımız araşdırmalar zamanı o halın da şahidi olduq ki, ötən qısa müddət ərzində bəzi KİV-i belə bir mövzuya daha çox önəm verir və “islahatçı” Sahil Babayevin bu kadrını “top atəşi”nə tutmaqdan da ehtiyat etmirlər. Məsələnin düşündürücü tərəfi isə ondan ibarətdir ki, Samirə xanım təqribən 3-4 ay bundan öncə bugünkü vəzifəsinin icraasına başlasa da, o, ötən aylar ərzində o qədər “quş buraxıb” ki, daim fəaliyyəti tənqid atəşinə tutulub. Yəni, bəzi media qurumları xanım Mehdiyevanın yarıtmaz idarəçiliyinin görünən tərəflərini daim qabartsa da, təəsssüflər olsun ki, o, bu gün də tutduğu əməllərindən əl çəkmir ki, çəkmir.
Söylənilən iddalarda vurğulanır ki, Samirə Mehdiyeva rəhbərlik etdiyi müəssisədə yaşlı insanlara bişirilən yeməklərdən yeməyi heç bir halda özü üçün rəva görmür. Belə bir səbəb üzündən də o, hər gün restorandan gətirtdiyi yeməkləri yeyir. Bəzi iddialarda isə vurğulanır ki, adı çəkilən bu xanım orda-burda danışır ki, “mən bir müddət bundan öncə oğlum Arif Mehdiyevi özümə sürücü götürmək qərarına gəldim və bu məqsədlə Nazirlik əməkdaşlarına fikirimi çatdırıb xahiş etdim. Onlar belə bir xahişimin qarşılığında “olmaz” deyə cavab verdilər və bu cür cavab da, sanki məni şoka saldı. Guya ki, nazirlik əməkdaşları “çesnı” işləyirlər?”. Düşünmək olar ki, Samirə xanımın bəzi çevrədə belə bir söz-söhbəti yaymasının müəyyən səbəbləri var. Ola bilər ki, bu şəxs vəzifəsinin icraasına başladıqdan sonra, Nazirlik əməkdaşları ilə müəssisə rəhbəri arasında hansısa məsələlərdə fikir ayrılığı əmələ gəlib ki, bu gün onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin direktoruna qarşı belə bir münasibət sərgiləyirlər. Onu da vurğulamaq yerinə düşər ki, Samirə Mehdiyevanı daşıdığı bu vəzifəsinə Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə xanımın
vasitəçiliyi ilə sahiblənə bilib.
“Qocalar evi”nin rəhbərliyinin həyata keçirdiyi yarıtmaz idarəçiliyin mahiyyəti haqda dolaşan söz-söhbətlərdə o da vurğulanır ki, bu şəxs rəhbər vəzifə daşısa da, heç cür iştahasını cilovlaya bilmir ki, bilmir. Yəni, Samirə xanım Pansionatda qalan yaşlı insanlar bankomatlardan pensiya pullarını çıxararkən, onların aldıqları pullara göz dikir və vəzifə səlahiyyətindən sui-istifadə edib, müəssisənin mühafizəsi ilə məşğul olan polis əməkdaşlarını bir çox qanunsuzluq əməllərinə qol qoymağa təhrik edir. Belə ki, yaşlı insanlar bankomatlardan təqaüdlərini çıxararkən o, polis əməkdaşlarını onların yanına göndərir və polis əməkdaşlarına çıxarılan pulların müqabilində çap olunan qəbzləri toplamağı tapşırır. Məsələnin maraqlı tərəfi o olur ki, Samirə Mehdiyevanın verdiyi tapşırıq əsasında polis əməkdaşları zorla təqaüdçülərdən pulların qəbzlərini alarakən, Pansionatda yaşayan şəxslərdən biri gizli şəkildə yaşanan olayın çəkilişini həyata keçirir və həmin çəklişləri baş idarəyə göndərir. Atılan belə bir addımdan xəbərdar olan mühafizə polisinin rəhbərliyi vəziyyətdən çıxış yolu olaraq, məhz əməkdaşlarının yerini dəyişməyə məcbur olur. Elə ki, Samirə xanım da hadisədən xəbərdar olur, o halda o, baş verən olayın gizli şəkildə çəkilişini həyata keçirmiş şəxsdən çəkilişləri almaq üçün, ona xeyli məbləğdə pul təklif edir, hətta mütəmadi ərzaq təminatını ödəyəcəyi yöndə vəd də verir. Hələ bu azmış kimi çəkilişi başqa bir ünvana göndərməsin deyə, həmin şəxsə xeyli müddət minnət də etməli olur.
Oçatdırılan məlumatlarda o da qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonunun Qara Qarayev prospektində yaşadığı bildirilən və “BMV X-5” markalı, dövlət nömrə nişanı 90-VS-055 olan nəqliyyat vasitəsini idarə edən, təqribən 50-55 yaşlı Məlikov Rza Teyyub oğlu adlı şəxs idarə etdiyi bahalı avtomobili ilə tez-tez
müəssisənin rəhbərliyi ilə söhbət etdikdən sonra gedir. Hətta, həmin şəxsin nahar fasiləsi zamanı Pansionatın direktoru ilə birlikdə “obed” də etdiyi bildirilir. Pansionatın rəhbərliyi isə “həmin şəxs mənim dostumdur” deməklə, orda-burda söz-söhbət salıb kimlərisə inandırmağa çalışır. Bu Pansionatda kadrlar şöbəsinin müdiri vəzifəsi olmasa da, o, əvvəllər işlədiyi “Stimul Hospital”dan rəhbərlik etdiyi bu müəssisəyə qısa müddət ərzində bir rəfiqəsi olan bir neçə nəfər şəxs gətirib. Yəni söylənilənlərə görə, Samirə xanım vəzifəsinin icraasına başladıqdan az sonra, bir neçə nəfər şəxsi işdən çıxardıb və onların yerinə öz kadrlarını təyin edib.
Bəzi çevrələrdə müəyyən söz-söhbətlər də dolaşır ki, Samirə xanımın şəxsi həyatında bəxti gətirmədiyi kimi, oğul sarıdan da bəxti gətirmir. Yəni, onun oğlu bir neçə dəfə narkotik maddələrdən istifadəyə görə Sabunçu rayon polis əməkdaşları tərəfindən saxlanır. O halda o, Sabunçunun hüquq-mühafizə orqanlarında, güc strukturlarında çalışan tanışlarının köməyindən yararlanır və oğlunu həbs olunmaq təhlükəsindən xilas edir. Son anda övladını məşğul olduğu pis vərdişlərdən uzaqlaşdırmaq üçün, onu qonşu Gürcüstandakı təhsil müəssisələrindən birinə pul müqabilində “tələbə adı”nı qazandıra bilir.
Bütün bunlar onu göstərir ki, Pansionata rəhbərlik edən bu şəxsin istər idarəçilik sahəsində, istər həyatda heç cür bəxti gətirmir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra “islahatçı” Nazir, Pansionatda “bazar açan” müəssisə rəhbərinin atdığı addımlara hüquqi qiymət verilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırığını verəcək. Yəqin ki, o halda DTX əməkdaşları rüşvətə, korrupsiyaya “qucaq açan”, xüsusi karantin rejiminin qaydalarını pozan, yaşlı insanları “oyun qaydalarına” salan bu şəxsə də, “salam verəcəklər”.
Mövzunu diqqətdə saxlayacağıq.
Nyus.Az