Axtarış...

Pensiyaçılara ŞAD XƏBƏR: 2 gün ərzində...

Pensiyaçılara ŞAD XƏBƏR: 2 gün ərzində...

Azərbaycanda əmək pensiyalarının ödənilməsi iki gün ərzində təmin ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

F.Talıbov bildirib ki, Prezident İlham Əliyevin 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçirilir.

O qeyd edib ki, bu indeksləşdirmə nəticəsində bütün növ əmək pensiyalarının sığorta hissəsi 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə artırılması təmin edilir.

Şöbə müdiri vurğulayıb ki, bu istiqamətdə proses artıq yekunlaşmaq üzrədir və iki gün ərzində əmək pensiyalarının tam olaraq ödənilməsi təmin ediləcək. (trend)
Text-to-Speech

DİNLƏ






Şərh yaz