Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Məmməd Xasıyevə nazirlikdə vəzifə verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, S.Babayevin müvafiq əmri ilə Məmməd Xasıyev Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri vəzifəsinə təyin edilib.
Sözügedən xəbəri Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.
Qeyd edək ki, M.Xasıyev bundan əvvəl Ekspertiza və Reablitasiya Xidmətinin rəis müavini, vəzifəsində çalışıb.