Axtarış...

Sahil Babayev Səlim Müslümovun layiqli davamçısıdır... - Və yaxud Dövlət Əməyin Mühafizəsi Fondu yaradılması layihəsi kimə məxsusdur?

Sahil Babayev Səlim Müslümovun layiqli davamçısıdır... - Və yaxud Dövlət Əməyin Mühafizəsi Fondu yaradılması layihəsi kimə məxsusdur?
Sahil Babayev son vaxtlar isə keçmiş nazirin dövründə başlanan islahatları başqa formada - yenilik kimi ictimaiyyətə yaymaqla məşğuldur. Bu barədə DİA.AZ-a göndərilən məlumatda qeyd olunur.

Daha sonra dia.az-a daxil olan məlumatda bildirilir: "Cəmiyyət yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Bababyevdən əhalinin sosial müdafiəsində dəyişikliyə səbəb olacaq dəqyişikliklər gözləsə də, bu, baş vermir. 4 aya yaxındır bu posti daşıyan S.Babayev daha çox öz adamlarını mühüm postlara yerləşdirməklə yadda qalııb. Son vaxtlar isə keçmiş nazirin dövründə başlanan islahatları başqa formada - yenilik kimi ictimaiyyətə yaymaqla məşğuldur. Hətta bunların sırasında Füzuli Ələkbərovun dövründə anaonsu verilən "islahatlar" da var. Bunlardan biri Nazrliyin mətbuat xidmətinin yaydığı "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq. Nazirlik tərəfindən Fondun Əsasnamə layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub" başlıqlı yazıdır. Başı ayağı dəyişdirilib yayılan bu məlumatı ilk dəfə cəmiyyətə Ələkbərov açıqlamışdı. S. Müslümovun dövründə isə bu layihəni reallaşdırmaq üçün zəruri işlər görülmüşdü və elə bu ilin fevarlında ictimaiyyətə açıqlanmışdı. Bunu dəqiqləşdirmək üçün google da axtarış kifayət edir.

Göründüyü kimi S.Babayev son vaxtlar köhnə palan içi eşməklə məşöuldur. Yayılan məlumatların 90 faizi Müslümovun dövründə başlanan işləri əhatə edir. Ssadəcə cümlələrin yeri və quqruluşu dəyişdirilir. Cəmiyyət isə yeni nazirdən real-pensiya və müvainətlərdə dəyişikliyə səbb olacaq islahatlar gözləyir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz