Yanvarın 14-dən "quş qripi" xəstəliyinə görə başlanan milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda aparılan monitorinq davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq xidmətin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 16 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatdan 5 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 3 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Şabran və Salyan rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 150 baş ev quşundan qan nümunələri götürüblər.
Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə rast gəlinməyib.
Həm köçəri, həm ev quşlarından götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.
Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla