Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölüm sayı 44-ə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsindən açıqlamasında bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 3952 şübhəli koronovirus analizindən keçib, onlardan 343-nün cavabı pozitiv çıxıb.
Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1872-yə çatıb.