Axtarış...

Cahangir Hacıyevin durumu ağırdır... - Bacısı Prezidentdən əfv dilədi...



Keçmiş bankir Cahangir Hacıyevin bacısı prezidentə müraciət edib. DİA.AZ həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının prezidenti
möhtərəm İlham Əliyev cənablarına

Əminə Fevzi qızı Hacıyeva tərəfindən
(ünvan:Yasamal rayonu, İnşaatçılar prospekti 14, m 7)

MÜRACİƏT

Möhtərəm cənab prezident!

Dünyada bəla kimi qiymətləndirlən koronovirus xəstəliyi insanlarda özləri, xüsusilə, yaxınları və əzizləri üçün böyük bir narahatlıq da gətirib. Həbsxanalarda olan insanların yaxınlarının həyəcanını, təlaşını mən hiss edirəm, çünki bu hissləri mən özüm də yaşayıram. Bu hisslərlə Cahangirin bacısı kimi sizə müraciət edirəm.

Bu və ya digər xəstəlikdən əziyyət çəkən insanlar üçün bu virus daha qorxuludur. Cahangir uzun müddətdir ki, həbsəqədərki dövrdə də “Haşimoto sindromu” xəstəliyindən əziyyət çəkirdi və bu xəstəliklə əlaqədar mütəmadi müayinə və müalicə tədbirləri keçirilirdi. Beş il bundan əvvəl, həbsindən sonra o, müayinə, müalicə imkanlarından məhrum olub. Həbsxana şəraitində həmin xəstəlikdən müalicə ala bilməməsi onda aritmiya, hipertoniya xəstəliklərini də yaradıb. Mart ayında Prezident Administrasiyasına göndərdiyim müraciətdə də bu xəstəliklər barədə tibbi sənədləri müraciətə əlavə etmişəm. Müraciətə cavab verilmədiyindən görünür ki, müraciət sizə verilməyib. Həkim rəylərinə görə də “Haşimoto sindromu” xəstəliyi xroniki, risk qrupuna aid xəstəlikdir.

Möhtərəm prezident!

Bildiyimizə görə, koronavirus təhlükəsilə əlaqədar humanist addım atılaraq Penitensiar Xidmətdə məhbusların vaxtından əvvəl azad edilməsi prosesi başlanıb. Bu humanist addım məni sevindirir və hamıya ailəsinə qovuşmağı arzulayıram. Bu çətin məqamda sizə müraciət edərək yayılan infeksiya və mövcud xroniki xəstəliyi ilə əlaqədar Cahangirə münasibətdə mərhəmətli qərar qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,
Əminə Hacıyeva
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz