Axtarış...

Əmanət Fondu Mərkəzi Bankı MƏHKƏMƏYƏ VERİR - «NBC Bank» işində maraqlı dönüş

Əmanət Fondu Mərkəzi Bankı MƏHKƏMƏYƏ VERİR - «NBC Bank» işində maraqlı dönüş
Bir qədər əvvəl lisenziyası ləğv edilmiş banklardakı əmanətlərin qaytarılması ilə bağlı maraqlı yenilik gözlənilir.

FED.az-ın əldə etdiyi məlumata görə, söhbət «NBC Bank»a bu ilin əvvəlindən bəri yatırılan əmanətlərdən gedir.
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı 2020-ci il yanvarın 27-dən etibarən «NBC Bank»a əm anəti qəbulunu qadağan edib. Amma bank sektorunda indiyəədk formalaşan ənənəyə əsasən, AMB bu barədə geniş açıqlama verməyib. Çünki belə məlumatların ictimaiyyətə açıqlanması bankın dərhal müflis olması ilə nəticələnə bilərdi (banka əmanət qəbulunun qadağan edildiyini eşidən müştərilər dərhal həmin bankdan bütün pullarını çıxarardılar - FED.az). Ona görə də Mərkəzi Bankın bu göstərişi yalnız «NBC Bank»a göndərilib.

Guya panika yaratmamaq üçün atılan bu addım, əslində böyük problemə səbəb olub. Belə ki, başqa heç bir qurumun bu vəziyyətdən xəbəri olmadığını bilən bank menecmenti AMB-nin göstərişini gizli saxlayıb (hətta filial rəhbərlərinin də bu göstərişdən xəbəri olmayılb) və ona əməl etmədən əmanət qəbuluna davam edib. Nəticədə indi, lisenziya ləğv ediləndən sonra məlum olur ki, bankda əmanət qəbulu qadağan ediləndən sonra da qəbul edilmiş, amma tam rəsmi surətdə rəsmiləşdirilmiş əmanətlər var.

Həmin pulların qaytarılmasının qanuni tərəfi mübahisəli olsa da, yaranan vəziyyət (indi üzə çıxan digər pozuntularla yanaşı) bütün bank sisteminə inamın zəifləməsinə, əmanətçilərin bankdakı pulların taleyi ilə bağlı narahatlığa səbəb olur.

FED.az-ın əldə etdiyi məlumata görə, məsələnin həlli üçün yeni üsul tapılıb. «NBC Bank» menecmentindən FED.az-a bildirilib ki, banka 2020-ci ili ynavarın 27-dən sonra qoyulacaq əmanətlər də qaytğarılacaq. Amma bu aşağıdakı formada baş verəcək.

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Azərbaycan Mərkəzi Bankını (AMB) məhkəməyə verəcək. İddiaya səbəb AMB-nin «NBC Bank»ə əmanət qadağası barədə Fonda vaxtında məlumat verməməsidir.

Bu iddia təmin ediləndən sonra Əmanət Fondu həmin mübahisəli əmanətləri də qaytaracaq. Sonradan Fonedun ödədiyi vəsaitlər digəm əmanətlərdə olduğu kimi bankın aktvlilərini satılması səhmdlarlarının vəsaitləri hesabına kompensasiya olunacaq.

İddianın verilməsində məqsəd, əmanətlərin bu formada qaytarılmasına hüquqi baza yaratmaqdır. Məhkəmə prosesinin iyulun ortalarınadək, hətta daha tez yekunlaşması gözlənilir.

Bankdan FED.az-a bildirilib ki, qadağadan sonra qəbul edilən əmanətlərin məbləği o qədər də böyük deyil, bankdakı bütün əmanətlərin 5%-ə çatmır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz