“NBC Bank” ASC-nin aktivləri illik müqayisədə 38,8% artaraq bu il yanvarın 1-nə 283 376 min manata yüksəlib.
“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər- məqsədli ehtiyat çıxılmaqla) 32,4% artaraq 204 469 min manat təşkil edib. Bunun 5,26%-i vaxtı keçmiş kreditlər olub.
Ötən il "NBC Bank"ın cəmi öhdəlikləri 53% artaraq 225 274 min manata, o cümlədən depozit portfeli 43,9% artaraq 106 426 min manata çatıb.
2018-ci il sonuna Bankın nizamnamə kapitalı 64 000 min manat, cəmi kapitalı 58 103 min manat təşkil edib.
"NBC Bank" ötən il 1 150 min manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır. İl ərzində bankın faiz gəlirləri 17 571 min manat, qeyri-faiz gəlirləri 3 386 min manat, faiz xərcləri 11 023 min manat, qeyri-faiz xərcləri 7 660 min manat, aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 1 124 min manat təşkil edib.