Axtarış...

“Mərkəzi Bankın bu qərarı doğru zamanda verilməyib” – Ekspertlərdən REAKSİYA

“Mərkəzi Bankın bu qərarı doğru zamanda verilməyib” – Ekspertlərdən REAKSİYA

Ötən gün Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.

Qanunvericiliyə uyğun olaraq, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Mərkəzi Bankın qəbul etdiyi bu qərar iqtisadçılar tərəfindən birmənalı qarşılanmayıb.

İqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın barələrində qərar verdiyi dörd bankda ümumi vəziyyət eyni olmadığına görə bu addım özünü doğrultmayacaq:

“Əslində, ödəmə qabiliyyəti və maliyyə vəziyyətində pisləşmə olan banklarda müvəqqəti inzibatçının təyin olunması qanunla nəzərdə tutulan haldır. Sadəcə, Mərkəzi Bankın bu qərarı uyğun zamanda verilməyib. Çünki hazırda ölkədə karantin rejimi mövcuddur və bu qərar əlavə panika yarada bilər.

Digər tərəfdən, adıçəkilən bankların birləşdirilməsi doğru addım deyil. Çünki bu bankların ümumi vəziyyəti bir-birindən fərqlidir. “Atabank” bir ilə yaxındır ki, əmanətləri qaytarmır, öhdəliklərini yerinə yetirmir və buna görə də çoxdan bağlanmalı idi.

“NBC Bank”ın da vəziyyəti pisdir. Lakin “AGBank”ın vəziyyəti o qədər də bərbad deyil. Yəni bu bankda müflisləşmə deyil, müvəqqəti likvidlik problemi var. Hər bir halda iqtisadi problemin olduğu indiki vaxtda Mərkəzi Bakın qərarı uğurlu deyil”.

Mövzu barəsində Yenicag.az-a danışan iqtisadçı Samir Əliyev isə qeyd edib ki, adları çəkilən bankların bazarda ümumi payı cəmi 5 faiz civarındadır:

“Bu banklar öz aktivlərinin həcminə görə heç ilk 10-luqda da olmayıblar. Ən yüksək paya “Atabank” (1,4 faiz), ən aşağı paya isə “Amrahbank” (0,6 faiz) malik olub.

2019-cu ildə “Atabank”ı saymasaq, “AGBank” aktivlərinin həcminə görə 15-ci yerdə olub. “ATAbank” isə aktivlərinin həcmi 2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla, 13-cü yerdə qərarlaşıb.

Kredit bazarına gəlincə, bu bankların payı 7 faizdən də az olub. Yenə də ən böyük paya (2,6 faiz) “ATAbank”, ən az paya isə “Amrahbank” (0,79 faiz) malik olub.

Eyni zamanda, bu dörd bankın depozit bazarında ümumi payı 4 faizdən az idi. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz