Şimali Koreya lideri Kim Çen In noyabrda Rusiyaya səfər edə bilər.
“Report” “Renhap”a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Moskvadakı səfiri U Yun Qın bildirib.
Onun sözlərinə görə, hazırda Şimali Koreya səfərin vaxtını və Kim Çen Inın iş qrafikini dəyərləndirir. Səfir qeyd edıb ki, 2019-cu ilin birinci yarısında Rusiya Prezidenti Vladirmi Putinin Cənubi Koreyaya səfəri də planlaşdırılır.