Axtarış...

Dəhşətli təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri açıqlandı



İranın Mülki Aviasiya Təşkilatı yanvarın 8-də Tehranda qəzaya uğrayan “Boeing-737” ilə bağlı açıqlama yayıb.

Gordonua.com-un yaydığı xəbərə görə, təşkilatın rəhbəri Əli Abidzadə Ukraynanın MAU aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı danışıb.

Onun sözlərinə görə, təyyarə havaya qalxmaq üçün sürət yığıb, lakin sonradan geriyə, hava limanına qayıdıb və bu zaman qəza baş verib.

Hadisənin şahidləri təyyarənin havada olarkən alovlandığını deyiblər.

Yanğında “qara qutular”da uçuş məlumatları və səs qeydiyyatçısının zədələndiyini deyən Abidzadə, buna baxmayaraq, hər iki cihazda məlumatların saxlanıldığını bildirib.

Məmur vurğulayıb ki, İranda təyyarə qəzası nəticəsində ölən bütün vətəndaşların təmsil etdiyi dövlətlərin səlahiyyətlilərini hadisəni araşdırmaq üçün nümayəndələr göndərməyə dəvət edib. Hazırda onlar axtarış qruplarını İrana göndərirlər.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 167 sərnişin və doqquz heyət üzvü həlak olub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz